Ağır yol qəzası: sürücü maşını qoyub qaçdı

Ağır yol qəzası: sürücü maşını qoyub qaçdı
  01 İyun 2014    Oxunub:964
Bakı şəhərinin Xətai rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə şahidlərinin lent.az-a verdikləri məlumata görə, Nobel prospektində "BMW" markalı, 90 UV 203 nömrə nişanlı avtomobil piyadanı vurub. Yüksək sürətlə hərəkət edən avtomobilin vurduğu yaşlı kişi 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq gedib.

Xətai Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, qəzada ölən şəxs 1940-cı il təvəllüdlü Mustafayev Ələmşah Yusif oğludur. Onu vuran sürücünün kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti