Bakı-Qazax yolunda qəza: ölən var

Bakı-Qazax yolunda qəza: ölən var
  02 İyun 2014    Oxunub:1046
Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

“Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.

Qəza nəticəsində ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.


Teqlər:  





Xəbər lenti