Kolleclərə sənəd qəbulu başladı

Azərbaycan Respublikasının orta məktəblərində 9-cu sinfi 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini “Təsdiq et” düyməsini basmaqla özləri təsdiq edirlər.
Digər abituriyentlər isə elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməlidirlər. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
1. internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini;
2. ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini;
3. şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
4. 16 yaşı mayın 12-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı (Əlavə 1)* və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.
Qeyd: SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək bu ünvanlarda fəaliyyət göstərirlər:
1. Nərimanov r-nu, 36 nömrəli tam orta məktəb
(Bakı ş., Ak. Həsən Əliyev küç., 45)
2. TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
3. TQDK-nın Gəncə Regional Bölməsi
(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
4. TQDK-nın Lənkəran Regional Bölməsi
(Lənkəran ş., H.Aslanov xiyabanı 52);
5. TQDK-nın Şəki Regional Bölməsi
(Şəki ş., M.Rəsulzadə prospekti, 182);
6. TQDK-nın Şirvan Regional Bölməsi
(Şirvan ş., Rəsulzadə küçəsi, 19);
7. TQDK-nın Göyçay Regional Bölməsi
(Göyçay ş., Rauf İsayev küçəsi, 43);
8. TQDK-nın Ağcabədi Regional Bölməsi
(Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1)
9. Xaçmaz şəhər 1 nömrəli tam orta məktəb
(Xaçmaz ş., H.Z.Tağıyev küç., 9).
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı daha ətraflı məlumatlar 3 saylı “Abituriyent” jurnalında təqdim olunub.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlərin qeydiyyatı 29 may tarixində başa çatmışdır.