Meriyadan qurultay açıqlaması: “Cavab veriləcək”

Meriyadan qurultay açıqlaması: “Cavab veriləcək”
  02 İyun 2014    Oxunub:992
“Müsavat Partiyasının qurultay üçün müraciəti Bakı şəhər İcra Hakimiyyətininin müvafiq şöbəsinə daxil olub, hazırda müraciətə baxılır”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Müraciətə nə vaxt cavab veriləcəyinə gəlincə, Z.Ramazanov dəqiq vaxtın məlum olmadığını deyib.

“Hazır olan kimi cavab veriləcək”.

Qeyd edək ki, Müsavat Partiyası mayın 17-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək 21 iyun tarixində qurultay keçirmək üçün 800-1000 nəfərlik yer istəyib.

Ondan öncə isə qurultay mayın 24-ə təyin olunmuşdu və partiya bu məqsədlə fevralın 11-i BŞİH-ə müraciət etmişdi. Lakin sonradan partiya BŞİH-in onların müraciətinə gec cavab verdiyini əsas gətirərək qurultayın vaxtını dəyişdi.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti