NİDA-çı prezidentə müraciət etdi: “Bizi bağışlayın!” - FOTO

NİDA-çı prezidentə müraciət etdi: “Bizi bağışlayın!” - FOTO
  02 İyun 2014    Oxunub:1290
NİDA Vətəndaş Hərəkatının liderlərindən biri olan Bəxtiyar Quliyev bu gün prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə 7 il müddətinə azadlıqdan məhrum edilən B.Quliyev dövlət başçısına müraciətində kütləvi iğtişaşlar yaratmaqda iştirakının olduğunu etiraf edib.

O, eyni zamanda `NİDA` üzvlüyündən imtina etdiyini də məktubuna əlavə edib.

NİDA-çı gənc prezidentdən onu bağışlamağını və əfv etməsini xahiş edib.




Teqlər:  





Xəbər lenti