Nazir yeni vəzifəyə seçildi

Nazir yeni vəzifəyə seçildi
  02 İyun 2014    Oxunub:970
Müdafiə sənayesi naziri Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib.

Yığıncaqda BMA-nın 2013-il üzrə işinin yekunlarına dair geniş müzakirələr aparılıb.

Sonra Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşdirilib.

Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçilib.


Teqlər:





Xəbər lenti