İnterpress.az fəaliyyətini dayandırdı

İnterpress.az fəaliyyətini dayandırdı
  02 İyun 2014    Oxunub:3408
Bir neçə ay öncə fəaliyyətə başlayan interpress.az saytı fəaliyyətini dayandırıb.
AzVision.az-ın məlumatına görə, artıq sayta giriş mümkün deyil. Portalın fəaliyyətinin texniki səbəbdən müvəqqəti olaraq dayandırıldığı bildirilir.

Media kluarlarında yayılan məlumatlara görə, saytın bundan sonrakı aqibəti sual altındadır.

Qeyd edək ki, ötən həftə saytın redaktorları Amil Hacıyev və Günay Arda da işdən ayrılmışdılar. Onlar buna səbəb kimi, müqavilə müddətinin başa çatmasını göstərsələr də saytda narazılıqların olduğu əvvəlcədən bəlli idi.

Mətbuatın yazdığına görə, adıçəkilən sayt nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun himayəsində olub. Hətta deyilənlərə görə, xəbər saytı A.Məmmədovun yaradacağı media holdinqə daxil ediləcəkdi. Lakin sonradan müəyyən səbəblərdən bu plan baş tutmadı.

Sayta rəhbərliyi Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı həyata keçirdi. O isə Ziya Məmmədovun qardaşının kürəkənidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti