Müəllimlərin imtahan vaxtı açıqlandı

Müəllimlərin imtahan vaxtı açıqlandı
  02 İyun 2014    Oxunub:1135
İbtidai sinif müəllimləri yerlərini dəyişmək istəyir
“Bakı şəhəri məktəbləri müəllimlərinin qiymətləndirilməsi imtahanı iyunun 10-dan başlayacaq, 4 gün davam edəcək. Bütün fənn müəllimləri eyni gündə imtahan verəcək. İmtahan iki növbəli olacaq. Yalnız ibtidai sinif müəllimlərinin sayı çox olduğuna görə, onlar üçün müxtəlif gündə imtahan verəcək”.

AzVision.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev məlumat verib.

Onun sözlərinə görə, imtahan üçün 30 mərkəz seçilib. İmtahandan 4 gün əvvəl bütün məktəblərə bildiriş göndəriləcək. Həmin bildirişlərdə müəllimlərin imtahan yeri və yeri barədə məlumat veriləcək. İmtahan iki saat davam edəcək”.

İ.Nağıyev müəllimlərin yerdəyişməsi ilə bağlı məsələyə də aydınlıq gətirib O, bildirib ki, ən çox yerdəyişmək istəyənlər ibtidai sinif müəllimləridir: `Bölgələrdən Bakıya yer dəyişmək istəyən müəllimlər çoxdur. İnanırıq ki, müsabiqənin nəticəsi olaraq ən layiqli namizədlər yerlərini dəyişəcək`

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti