Mehriban Əliyeva kardinalı Bakıya dəvət etdi

Vatikanda olmaqdan məmnunluğunu ifadə edən Azərbaycanın birinci xanımı səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşün dövlətlərarası münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Kardinal Can-Franko Ravazinin Azərbaycanın dostu olduğunu deyən Mehriban Əliyeva dövlət başçısı İlham Əliyevin salamlarını çatdırıb və onu yenidən ölkəmizə səfərə dəvət edib.
Birgə layihələrin uğurla reallaşdırıldığını bildirən Heydər Əliyev Fondunun prezidenti ümumilikdə Fondun dünyanın müxtəlif ölkələrində ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpası işinə töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Müqəddəs Roma katakombalarının bərpası ilə yanaşı, digər layihələr də həyata keçirilə bilər. Bu istiqamətdə Vatikan ilə əməkdaşlıq davam edəcəkdir.
Sonra görüşdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası ilə bağlı aparılan işlərin birinci mərhələsi barədə məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
AzVision.az