Şabranda qanunsuz ov edənlər saxlanılıblar

Şabranda qanunsuz ov edənlər saxlanılıblar
  16 Oktyabr 2024    Oxunub:648
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti