Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.
Hazırda parkdakı işlər başa çatmaq üzrədir. İşlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayın sonunda nəzərdə tutulub.
AzVision.az