“Yolun açıq olsun, oğlum!” – Jurnalistin faciəsi

“Yolun açıq olsun, oğlum!” – Jurnalistin faciəsi
  19 İyul 2014    Oxunub:3296
Bir neçə gün öncə 3 yaşlı oğlunu faciəli şəkildə itirən tanınmış jurnalist Ayaz Nizamioğlu kədərini sosial şəbəkə istifadəçiləri ilə bölüşüb.
AzVision.az-ın məlumatına görə, jurnalist Facebook səhifəsində oğlu Maqsudun fotosunu paylaşaraq qeyd edib:

“Həyatıma bir mələk gəldi ... Allah ona 3 il ömür biçdi . 3 il o ailəmizi sevincə qərq elədi. Vaxtın tamamında isə getdi. İşığa doğru... Cənnətə doğru... Yolun açıq olsun, Maqsud!”.

Qeyd edək ki, Ayaz Nizamioğlunun 3 yaşlı oğlu Maqsud Mirzəyev yaşadığı mənzilin 4-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.



AzVision.az


Teqlər:





Xəbər lenti