İlham Əliyev Türkiyəyə gedir

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident iyunun 4-də Bodrum şəhərində həmkarı Abdulla Güllə görüşəcək.
Görüş iyunun 4-5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində baş tutacaq. Toplantı Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə keçiriləcək.
Toplantıda İlham Əliyevlə yanaşı, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan prezidentləri və xarici işlər nazirləri iştirak edəcək.
Qeyd edək ki, 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı Azərbaycanın Qəbələ şəhərində keçirilmişdi.
AzVision.az