Həkimlər dövlət imtahanı verir

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bu gün Virtual Test Mərkəzində imtahan verən tələbələrlə görüşüb, imtahanın gedişi ilə maraqlanıb. Rektor testdən keçən tələbələrin təklif və istəklərini dinləyib. Tələbələr imtahanın gedişindən razı qaldıqlarını bildiriblər.
ATU-dakı dövlət attestasiya imtahanları bu gün Stomatoloji Klinikada da start götürüb. Bu klinika yüksək səviyyəli təhsil və tədris üçün, həm də gənclərin lazımi praktika əldə etməsi üçün zəruri ləvazimat və avadanlıqla təchiz olunub. Odur ki, imtahan zamanı stomatologiya fakültəsinin tələbələri test üsulu ilə kompüter vasitəsilə imtahan verdikdən sonra mütəxəssis həkimin nəzarəti altında xəstələrin dişlərini müalicə edir, tədric boyunca əldə etdikləri vərdişləri nümayiş etdirirlər. Onların işinə dövlət imtahan komissiyasının sədri və üzvləri tərəfindən nəzarət olunur.
İmtahanlar həmçinin müalicə-profilaktika , pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində də aparılır. Bir neçə gün ərzində hər gün ATU-da təxminən 150 tələbə dövlət attestasiya imtahanından keçəcək.
Teqlər: