Baş nazir Ramil Usubova yeni səlahiyyət verdi

Baş nazir Ramil Usubova yeni səlahiyyət verdi
  04 İyun 2014    Oxunub:1297
DİN rəhbərliyi polis əməkdaşlarının maaşlarına hər ay əlavələr təyin edə biləcək.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edib.

Dəyişiklik polis əməkdaşlarının vəzifə maaşlarına əlavələrin nə vaxt edilməsi ilə bağlıdır.

Yeni qərara əsasən, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla nə vaxt əlavələr təyin etmək səlahiyyətinə aydınlıq gətirilib.

Belə ki, DİN rəhbərliyi bundan sonra artıq hər ay polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə biləcək. (trend)


Teqlər:  





Xəbər lenti