Hər gün 3 min azərbaycanlı İrana müalicə üçün gedir

Onun sözlərinə görə, hazırda Azərbaycan və İran arasında əlaqələr çox yaxşı səviyyədədir:
"Azərbaycan bizimlə həm qonşu ölkədir, həm də iki ölkənin oxşar tarixi və mədəniyyəti var. Bundan başqa, iki ölkə eyni din və dilə sahibdirlər və iki ölkə arasında gediş-gəliş yaxşı səviyyədədir".
İran rəsmisi qeyd edib ki, Ərdəbil əyalətinə səfər edənlərin əksəriyyəti müalicə məqsədilə gəlirlər:
"Biz onları İranın, xüsusilə Ərdəbil əyalətinin gözəlliklərini görmək üçün turist kimi səfər etməyə dəvət edirik. İstəyirik ki, azərbaycanlı inverstorlar da burada turizm sahəsinə investisiya yatırsınlar".
M.Xudabəxş deyib ki, onlar Savalan dağının ətəyində yerləşən əraziləri gələcəkdə azad iqtisadi zonaya çevirmək niyyətindədirlər:
"Savalan iqtisadi zonasının yaradlması üçün hazırda ekspertlər araşdırma aparırlar. Araşdırmalar başa çatdıqdan sonra layihənin icrası üçün həm dövlət, həm də parlamentin razılığı olmalıdır. Dövlət artıq öz razılığını verib və parlamentdə layihənin təsdiqlənməsi üçün işlər aparılmalıdır".
Teqlər: