Mehriban xanım Roma meri ilə görüşüb - FOTOLAR

Mehriban xanım Roma meri ilə görüşüb - FOTOLAR
  04 İyun 2014    Oxunub:1086
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 3-də Roma şəhərinin meri İqnatsio Marino ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Roma şəhərinin meri bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. İqnatsio Marino dövlətlərimiz arasında humanitar, iqtisadi, siyasi, energetika və digər sahələrdə geniş əlaqələrin olduğunu bildirib, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Roma şəhərinin meri Kapitolini Muzeyinin "Filosoflar zalı"nda Heydər Əliyev Fondunun dəstəyi ilə təmir işlərinin aparılmasına görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.



Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, Fond tərəfindən Vatikanda görülən işlərdən danışıb. Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasına görə bir daha bu şəhərin merinə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İqnatsio Marinonu ölkəmizə səfərə dəvət edib.

Sonra Mehriban Əliyevaya Romanın mərkəzi küçələrindən biri olan Alezandrina küçəsində başlanılan arxeoloji qazıntılar barədə məlumat verilib. Roma şəhərinin meri bu layihəni ölkəmiz ilə birgə həyata keçirmək arzusunda olduğunu söyləyib.





Teqlər:





Xəbər lenti