TQDK-dan son şans

TQDK-dan son şans
  04 İyun 2014    Oxunub:1126
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı bu gün başa çatır.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, seçim vaxtı 04 iyun saat 23:59-da bitəcək.

Bildirilib ki, 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Teqlər:  





Xəbər lenti