Prezident bu gün Türkiyəyə gedir

Prezident bu gün Türkiyəyə gedir
  04 İyun 2014    Oxunub:948
Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı iyunun 4-də Bodrum şəhərində həmkarı Abdulla Güllə görüşəcək.

Görüş Bodrumda Bakı vaxtilə saat 18:00-da “Hilton” otelində baş tutacaq və prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə edəcəklər. Daha sonra prezidentlərin şərəfinə şam yeməyi veriləcək, konsert proqramı təşkil ediləcək.

Prezidentlərin görüşü iyunun 4-5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində baş tutacaq. Toplantı Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə keçiriləcək.

Toplantıda İlham Əliyevlə yanaşı, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan prezidentləri və xarici işlər nazirləri iştirak edəcək.

Qeyd edək ki, 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı Azərbaycanın Qəbələ şəhərində keçirilmişdi.

AzVision.az



Teqlər:  





Xəbər lenti