“Müsavatın qeydiyyatı ləğv edilməlidir”

“Müsavatın qeydiyyatı ləğv edilməlidir”
  04 İyun 2014    Oxunub:862
“Müsavat Partiyasının qeydiyyatı ləğv edilməlidir, ona görə ki, onlar partiyanın nizamnaməsini pozublar”.
Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.

Müsavatın qurultay bəhanəsinə toxunan partiya sədri bildirib ki, bu məsələ ilə Ədliyyə Nazirliyi məşğul olmalıdır:

““Partiyalar haqqında” qanunda göstərilir ki, əgər partiyalar öz nizamnamələrini pozurlarsa, onda Ədliyyə Nazirliyi onların qeydiyyatını ləğv edir. Bizdə baş mühasib olmadığına görə Ədliyyə nazirliyi bizə xəbərdarlıq edir. Amma bunların nizamnaməsində qeyd olunub ki, 5 ildən bir qurultay keçirilsin. Qurultayın vaxtının çatmağına baxmayaraq iki ildir ki, bunu reallaşdırmırlar”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti