Elmar Vəliyevin oğlu Azərbaycanı təmsil etdi

Elmar Vəliyevin oğlu Azərbaycanı təmsil etdi
  04 İyun 2014    Oxunub:8517
May ayının 28-31 tarixlərində 2013-cü il Avropa Gənclər Paytaxtı olmuş Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəsmi qeydiyyata alınmasına dair rəsmi görüş keçirilib.
AzVision.az-ın məlumatına görə, bu görüşdə indiyədək Avropa Gənclər Paytaxtı seçilmiş şəhərlərin rəsmi nümayəndələri qatılıb. 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərini bu görüşdə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti təmsil edib.

Görüş zamanı şəbəkənin məqsəd və vəzifələri ilə bağlı məsələlər müzakirə edilmiş və həmçinin fəaliyyət planı hazırlanıb.
Elmir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyyəti müxtəlif dövrlərdə Avropa Gənclər Paytaxtı olmuş İtaliyanın Turin, Portuqaliyanın Braqa, Yunanıstanın Soloniki, Rumınyanın Kluj-Napoka şəhərlərinin nümayəndələri ilə ayrı ayrılıqda görüşlər keçirib və 2016–cı il Gəncə Avropa Gənclər Paytaxtı çərçivəsində mümkün əməkdaşlıqlar müzakirə olunub.

Qeyd edək ki, səfər zamanı nümayəndə heyyəti eyni zamanda tədbirə ev sahibliyi edən Maribor şəhər adminstrasiyasının direktoru Larko Jula ilə də görüşmüş və Maribor Avropa Gənclər Paytaxtı 2013 və Gəncə Avropa Gənclər Paytaxtı 2016 mövzusunda təcrübə və fikir mübadiləsi aparmışdır.

Onu da bildirək ki 2015-ci ildə Avropa Gənclər Paytaxtları şəbəkəsinin sədirliyi Gəncə şəhərinə keçəcəkdir.


Teqlər:  





Xəbər lenti