Vilnüs Universitetində Qarabağ müzakirəsi

Konfrans iştirakçıları son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyətinin artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməsi və Xocalı soyqırımı haqqında məlumatının artdığını qeyd ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin meydana çıxma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Konfransda “Konfliktin həllinə mane olan səbəblər”, “Xocalı soyqırımının dünyada baş verən kütləvi qətliamlarla müqayisəsi”, “Ərazi bütövlüyünün mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal referendumlarla pozulmasının yolverilməzliyi”, “Etnik prinsiplər əsasında ölkələrin parçalanması: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında”, “Kənardan Qarabağ probleminə baxış” və digər mövzularda məruzələr dinlənilib.
Teqlər: