Yanan polis maşını ilə bağlı rəsmi Açıqlama

Yanan polis maşını ilə bağlı rəsmi Açıqlama
  04 İyun 2014    Oxunub:1095
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş vermiş yanğınla bağlı məlumat yayıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məlumata əsasən, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkərləri, "Kia" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti