Şahbaz Quliyevin ailəsinin evi təmir olunur

Şahbaz Quliyevin ailəsinin evi təmir olunur
  06 İyun 2016    Oxunub:1919
Ermənistanda girovluqda saxlanılan Şahbaz Quliyevin ailəsinin evi təmir olunur.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a Ş.Quliyevin qohumları məlumat verib.

Bildirilib ki, evin təmiri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov nəzarətindədir: "Aprelin əvvəlində atəşkəsin pozulması nəticəsində Tərtər rayonunun Qapanlı kəndində Ermənistanda girovluqda olan Şahbaz Quliyevin ailəsinin evi dağılmışdı. Hazırda ev təmir edilir. Sadəcə, hava şəraiti imkan vermədiyindən işlər dayandırılıb. Dövlətin göstərdiyi diqqətdən razıyıq".

Qeyd edək ki, Ermənistan hərbçiləri 2014-cü ilin iyulunda Kəlbəcəri - öz doğma torpaqlarını ziyarət edən Azərbaycan vətəndaşları Şahbaz Quliyevi və Dilqəm Əsgərovu girov götürüb, Cəbrayıl raton sakini Həsən Həsənovu isə öldürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti