Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  14 İyun 2016    Oxunub:1742
Dünya birjalarında neft cüzi ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar azalaraq 48,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 49,94 dollar olub.

Məlumata əsasən Azərbaycan nefti də ucuzlaşıb. “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,28 dollar və yaxud 0,55% ucuzlaşaraq 50,69 dollara bərabər olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti