Metroda sərnişin qatar yoluna düşüb

Metroda sərnişin qatar yoluna düşüb
  19 Aprel 2024    Oxunub:930
"Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıqdan qatar yoluna düşüb.
Bakı Metropoliteninindən AzVision.az -a verilən məlumata görə, ormativ tələblərə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət olunub.

"Dispetçer mərkəzi müvafiq ehtiyat tədbirləri görərək, "Gənclik-Nərimanov" mənzili ilə hərəkət edən qatarın maşinistinə vəziyyətlə əlaqədar müvafiq təlimatı verib. Sərnişin stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib, zədə aldığı məlum olub. Təcili yardım personalı ilkin tibbi xidməti göstərdikdən sonra sərnişini aidiyyəti üzrə tibb müəssisəsinə aparıb. Qatarlararası interval pozuntusuna yol verilməyib", - məlumatda bildirilib.

AzVision.az


Teqlər: hadisə   metro  





Xəbər lenti