Vətəndaşlar 103-ə səsli və görüntülü mesajlar göndərə biləcək

Vətəndaşlar 103-ə səsli və görüntülü mesajlar göndərə biləcək
  17 Oktyabr 2024    Oxunub:826
“Vətəndaşlar “E-tabib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, xəstənin vəziyyətini, ərazini və digər məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya video görüntülü mesajlar göndərə biləcəklər”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov deyib.

Onun sözlərinə görə, vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır.

“Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub. Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti