Gəncədəki partlayışda yaralananların vəziyyəti açıqlanıb

   Gəncədəki partlayışda yaralananların vəziyyəti açıqlanıb
  18 Oktyabr 2024    Oxunub:288
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Gəncədə mənzildə partlayış: İki nəfər ölüb
TƏBİB-dən AzVision.az -a verilən xəbərə görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti