Azərbaycana 5 ədəd elektrikli təcili yardım avtomobili gətiriləcək

Azərbaycana 5 ədəd elektrikli təcili yardım avtomobili gətiriləcək
  17 Oktyabr 2024    Oxunub:840
“Müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınıb. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib:

“Ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub. Cari ilin 17 sentyabr tarixində Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb.

Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikliavtomobillərdir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti