Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
“Bu il 14-15 oktyabr tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasına işgüzar səfəri həyata keçirib. Baş nazirin müavini İranın Prezidenti tərəfindən qəbul edilib. Onun İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutub”.
Səfirin sözlərinə görə, görüşlərdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirilib.
“Keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulanıb, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alınıb”, - o vurğulayıb.
AzVision.az
Teqlər: