“Aicell” Bakı Süni İntellekt Forumunda

“Aicell” Bakı Süni İntellekt Forumunda
  10 İyun 2024    Oxunub:696
Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya potensialı müzakirə olunub. Tədbir iştirakçıları süni intellektin ən son tendensiyaları, tətbiqi və inkişaf perspektivlərini özündə əks etdirən təqdimatlarla tanış olublar, panel müzakirələri və interaktiv seminarlara qatılıblar.
Azercell-in Müştəri Xidmətləri və Omni-Kanal İdarəetmə departamentinin direktoru Səbinə Zamanova çıxışında süni intellektin telekommunikasiya sahəsində tətbiqi və xüsusilə də müştərilər ilə birbaşa ünsiyyətdə istifadə imkanlarını gündəmə gətirib. O, Azercell-in Azərbaycanın telekommunikasiya sahəsində bir ilkə imza ataraq süni intellekt əsasında istifadəyə vermiş “Aicell” Virtual Assistent xidməti haqqında məlumat verib.
“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell”in abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirmə xüsusiyyəti forum iştirakçılarının diqqətini çəkib. Belə ki, müştəri sorğularını operativ şəkildə emal edən Virtual Assistent daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olub.

Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq yeni texnologiyaların tətbiqi ilə müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.


Teqlər: Azercell  





Xəbər lenti