İsrail Beyruta zərbə endirib - VİDEO

   İsrail Beyruta zərbə endirib -    VİDEO
  24 Sentyabr 2024    Oxunub:255
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin Zahiyə qəsəbəsinə aviazərbə endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Digər tərəfdən, yerli mediada yayılmış xəbərə görə, zərbə nəticəsində "Hizbullah" terror təşkilatının raket bölməsinin komandiri xəsarət alıb. Hazırda onun aqibəti məlum deyil.

Bildirilir ki, bu, ötən ilin oktyabrında Qəzzadakı müharibəyə paralel şəkildə başlayan İsrail-"Hizbullah" toqquşmaları çərçivəsində İsrailin Beyruta beşinci hücumudur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   münaqişə  





Xəbər lenti