Əli Əhmədov: Xaricdən edilən təhdidlər cəmiyyəti daha da birləşdirir

      Əli Əhmədov:    Xaricdən edilən təhdidlər cəmiyyəti daha da birləşdirir
  18 Oktyabr 2024    Oxunub:973
Bu gün ölkəmizə xaricdən təhdidlərin edilməsi Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir.
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan parlamentinin plenar iclasında deyib. Azərbaycan xalqının bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini söyləyən Əli Əhmədov əlavə edib ki, bu fakt Azərbaycan xalqının birliyini önəmli amilə çevirib.

“Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Ölkəmiz kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq sülh siyasətini həyata keçirməkdə davam edir”, - deyə parlament sədrinin birinci müavini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti