“Bakcell”dən 10 qəpiyə ikiqat gündəlik internet

 “Bakcell”dən 10 qəpiyə ikiqat gündəlik internet
  10 Sentyabr 2015    Oxunub:3242
“Bakcell”dən ikiqat Gündəlik İnternet. Gündə 10 qəpik ödəməklə yüksək sürətli Mobil İnternetdən faydalanın.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell
şirkəti abunəçilərinə yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim
edir. Artıq CIN abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə Gündəlik İnternet
paketini ikiqat həcmdə əldə edə bilərlər. Sentyabrın 1-dən etibarən aktivləşdirilən
kampaniya sayəsində Bakcell abunəçiləri asanlıqla 25 MB əvəzinə 50 MB
həcmində yüksək sürətli mobil internetdən yararlana bilərlər.

“Bakcell şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G
xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən
abunəçilərin sayında davamlı artım müşahidə edirik. Biz abunəçilərimizə yüksək
keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya
çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə
edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”,- deyə Bakcell şirkətinin baş
marketinq direktoru Mariya Toyçeva bildirib.

Gündəlik İnternet paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə
olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. Gündəlik İnternet
paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən
PULSUZ faydalana biləcəklər. Gündəlik İnternet paketinə qoşularkən xidmət
haqqı olaraq abunəçinin balansından 0.50 AZN dəyərində birdəfəlik xidmət haqqı
çıxılacaq. 5 günlük müddət bitdikdən sonra Gündəlik İnternet paketi hər gün
yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet
trafiki yükləniləcək.

Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından
10 qəpik çıxılacaq. Kampaniyanın şərtləri haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək olar: https://azvision.az/redirect.php?url=http://www.bakcell.com/az/2-times-more-daily-internet


Teqlər:





Xəbər lenti