Neftin və qızılın bu günə olan qiyməti

Neftin və qızılın bu günə olan qiyməti
  02 Aprel 2016    Oxunub:2513
Dünya birjalarında neftin qiyməti ucuzlaşaraq 40 dollardan aşağı düşüb.
AzVision.az-ın məlumatına görə, cüzi ucuzlaşmadan sonra dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 1,66 dollar ucuzlaşaraq 38,67 dollar/barelə bərabər olub.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti 1,55 dollar ucuzlaşaraq 36,79 dollar/barel təşkil edib.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 2,07 dollar və ya 5,01% azalaraq 39,22 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. Qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,34 dollar olub. Platinin 1 qramı 30,77 dollar, palladiumun 1 qramı isə 18,20 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti