Azərbaycanlı nazir OPEC-in iclasına gedir

Azərbaycanlı nazir OPEC-in iclasına gedir
  11 Aprel 2016    Oxunub:2248
Bu ilin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Energetika Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada tərəfindən ünvanlanmış məktubda Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv bütün ölkələrin, o cümlədən təşkilata üzv olmayan, lakin əsas neft istehsalçıları sayılan dövlətlərin iştirakı ilə keçiriləcək bu iclasda Azərbaycanın da iştirakının vacibliyi qeyd edilib.

Xatırladaq ki, sözügedən iclas fevralın 16-da Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti