ABŞ rəsmisi Bakı Limanında

ABŞ rəsmisi Bakı Limanında
  16 Aprel 2016    Oxunub:2221
ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini cənab Kurt Tong Azərbaycana səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.
AzVision.az xəbər verir ki, səfərin məqsədi Yeni Bakı Limanının fəaliyyəti, o cümlədən Limanın imkanları və gələcək planları barədə müzakirələr aparmaq olub.

“Hazırda Azərbaycanın iqtisadi siyasətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin ən proqressiv layihələrindən biri də Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasıdır (ATZ),” deyən Bakı Limanının Baş Direktoru Taleh Ziyadov ölkə başçısının 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən təsis edilməsi planlaşdırılan azad ticarət zonası haqqında qonağa müfəssəl məlumat verib. Baş Direktor ABŞ rəsmisinin diqqətinə çatdırıb ki, ATZ-in yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, neft-kimya və farmasevtik sahələr yaradılacaq, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlər həyata keçiriləcək.

Bu gün Bakı Limanınından aşırılan yüklərin 85%-i tranzit yükləri olması və Limanın Çin, Orta Asiya, İran, Rusiya və Türkiyə bazarlarına yaxın olması faktı Limanın Avrasiyada aparıcı ticarət, nəqliyyat və ligistika mərkəzinə ("HUB"-a) çevrilməsini reallaşdıracaq.

Səfər zamanı Cənab Tong Yeni Bakı Limanı Kompleksinin birinci tikinti mərhələsi çərçivəsində artıq istifadəyə verilmiş bərə terminalının işi, Avropadan Mərkəzi Asiya istiqamətində hərəkət edən tırlar üçün yaradılan əlverişli şərait və yaradılmış şəffaf və nümunəvi işlərlə və prosedurlarla aparılan işlərlə tanış olub. “Ələtdə tikilməkdə olan yeni Bakı Limanı Azərbaycana mühüm coğrafi mövqeyindən tam yararlanmaqda kömək edəcək," deyə cənab Tong bildirib.

Səfər kütləvi informasiya vasitələri nümayəndələrinə verilən açıqlamalar ilə yekunlaşıb.


Teqlər:  





Xəbər lenti