OPEC-in toplantısı nəticəsiz başa çatdı

OPEC-in toplantısı nəticəsiz başa çatdı
  18 Aprel 2016    Oxunub:1992
Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin iştirakı ilə hasilatın “dondurulması” məsələsi üzrə keçirilən görüş nəticəsiz başa çatıb.

AzVision.az-ın məlumatına görə, toplantıda eyni formatda növbəti görüşün cari ilin iyununda keçirilməsi razılaşdırlıb.

Fevralın 16-da Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə "dondurulması" ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.

Qeyd edək ki, görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib. Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti