Prezident Adminstrasiyası Saakaşvili üçün təəssüfləndi

Prezident Adminstrasiyası Saakaşvili üçün təəssüfləndi
  02 Mart 2013    Oxunub:1399
“Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi bəyanatı yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır”
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Azərbaycana səfərdən qayıtdıqdan sonra Gürcüstan prezidenti Mixail Saakaşvilinin mətbuata verdiyi açıqlamanı şərh edib.

N. Məmmədov “Newtimes.az”a bildirib ki, bu bəyanata birmənalı münasibət bildirmək çətindir: “Çünki bəyanatda qoyulan məsələlər təəccüb doğurur. Azərbaycanda və Gürcüstanda gedən proseslər arasında müəyyən oxşarlıq olsa da, tam paralellik aparmaq doğru deyil. Hər bir ölkənin daxili və xarici siyasətdə öz dəst-xətti var. Bu ölkələrdəki durum və proseslər bir sıra fundamental cəhətləri ilə fərqlənirlər.

Digər tərəfdən isə prezident Saakaşvilinin Rusiyadakı bir neçə azərbaycanlının Azərbaycana qarşı təhlükəli mövqedə olmaları barədə verdiyi bəyanatı yalnız onun özünün şəxsi mövqeyi hesab etmək lazımdır. Vahid Ələkbərov və digərləri haqqında prezident Saakaşvilinin dediyi fikirlərin həqiqətə uyğun olması inandırıcı deyil. Mən şəxsən bu səfər zamanı keçirilən görüşlərdə iştirak etmişəm və sizə onu qətiyyətlə deyə bilərəm ki, deyilən fikirlər ətrafında heç bir müzakirə aparılmayıb və ona ehtiyac da yox idi.

Bəyanatda söhbət Rusiyada yaşayan azərbaycanlılardan getdiyi üçün mən bildirirəm ki, bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli münasibətlər elə xarakter daşıyır və elə səviyyədədir ki, bəyanatda səslənən fikirlərə burada yer yoxdur və ola da bilməz. Mən təəssüf edirəm ki, o, Rusiya ilə bağlı fikirlərini Azərbaycana da aid edib”.


Teqlər:  





Xəbər lenti