Prezident gürcü nazirlə görüşüb

Prezident gürcü nazirlə görüşüb
  14 May 2014    Oxunub:921
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzeni qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri məmnunluqla xatırlandı, ölkələrimiz arasında strateji əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti