“Əvvəlki rejimin qalıqları təşəbbüs göstərməli və silahlarını yerə qoymalıdırlar. Yeni hakimiyyət yıxılan rejimin qalıqlarını təqib edəcək və xalqa hücumu davam etdirənlər ədalətli şəkildə mühakimə olunacaqlar. Hakimiyyət ölkəyə silah tədarükünü məhdudlaşdırmağa davam edəcək və Suriyada azad silah olmayacaq”, - Suriyanın keçid dövrünün prezidenti deyib.
Suriya lideri yerlərdə hərbi əməliyyatlara qoşulan bütün qüvvələri orada fəaliyyət göstərən hərbi komandirlərə və təhlükəsizlik qüvvələrinin rəhbərlərinə tam tabe olmağa çağırıb.
![]() |
Əsədin tərəfdarları üsyan qaldırıblar - VIDEO |
Dünya Bankının məlumatına görə, ələvilər Suriya əhalisinin təxminən 10%-ni təşkil edir ki, bu da təxminən 2,36 milyondan bir qədər çox insandır.
“Reuters” agentliyinin yazdığına görə, son döyüşlər keçmiş prezident Bəşər Əsədin ötən ilin dekabr ayında devrilməsindən sonra ən şiddətli toqquşmalar olub.
Sahil İsgəndərov
AzVision.az