Əsədçilər Dəməşqə hücum ediblər

   Əsədçilər Dəməşqə hücum ediblər
  10 Mart 2025    Oxunub:794
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri ölkənin keçmiş prezidenti Bəşər Əsəd tərəfdarlarının paytaxt Dəməşqin Məzzə bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Al Jazeera” telekanalı qurbanların və zərər çəkənlərin sayını dəqiqləşdirməyib.

Bu arada Suriyanın keçid hökumətindəki İnformasiya nazirliyi Suriya Təhlükəsizlik qüvvələri ilə Bəşər Əsəd tərəfdarları arasında toqquşmaların getdiyi ölkənin qərb əyalətlərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə dair iddiaları etibarsız məlumatlar kimi qiymətləndirib.

Suriyada iki gündə 1000 nəfər ölüb
“Son iki gündə köhnə fotoşəkilləri və videoları yenidən yaymaq üçün sistemli cəhdlər olub. Onların bəziləri əvvəlki illərə aiddir, bəziləri isə ölkədən kənarda çəkilib. Bu materiallar bilərəkdən Suriya sahillərində baş verən cari hadisələr kimi təqdim olunur ki, bu da açıq şəkildə ictimai rəyi manipulyasiya etmək, nifrətin qızışdırılması və vəziyyəti sabitsizləşdirməyə yönəlib”, - nazirliyin bəyanatında vurğulanır.

Maraqlıdır ki, Bəşər Əsədin prezidentliyi dövründə də hökumət qoşunlarının və Təhlükəsizlik qüvvələrinin vəhşilikləri cə cinayətləri barədə yayımlanan belə xəbərlərin və video-materillların həqiqəti əks etdirmədiyi bildirilirdi. Lakin indi hakimiyyəti ələ keçirmiş o vaxtkı müaxlifət ciddi-cəhdlə bunların sübuta yetirilmiş danılmaz faktlar olduğunu iddia edirdi. İndi isə vəziyyət tam əksinə dəyişib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Dəməşq   əsədçilər   hücum  





Xəbər lenti