İran XİN: "ABŞ qanunsuz sanksiyaları dayandırmalıdır"

      İran XİN:    "ABŞ qanunsuz sanksiyaları dayandırmalıdır"
  10 Mart 2025    Oxunub:863
"ABŞ-nin İraqa qarşı İrandan elektrik enerjisi almasına icazə verən sanksiyalardan imtina qərarı qanunsuzdur".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuata brifinqdə dilə gətirib. O vurğulayıb ki, ABŞ-nin sanksiyaları uzatması yolverilməzdir.

"Bu addım qanunsuzluğun, insanlığa qarşı cinayətin etirafıdır. ABŞ-nin İran xalqına qarşı irəli sürdüyü birtərəfli sanksiyaların hüquqi əsası yoxdur", - o bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti dünən İraqa qarşı sanksiyaların uzadılmasını "İrana iqtisadi, maddi yardımın qarşısını almaq" məqsədi daşıdığını vurğulayıb. Belə ki, İran İraqın qaz və elektrik enerjisinin 1/3-ni təmin edərək əhəmiyyətli gəlir götürür.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İraq   ABŞ   sanksiyalar  





Xəbər lenti