Dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azalıb

Dumanla bağlı bəzi yollarda görünüş məsafəsi azalıb
  10 Mart 2025    Oxunub:753
Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Görünüş məsafəsi azalan yollar:

1. Zığ dairəsi- Hava Limanı yolu;
2. Heydər Əliyev prospekti;
3. Yusif Səfərov küçəsi;
4. Aeroport şosesi;
5. Ziya Bunyadov prospekti.

Qeyd olunub ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti