Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib

Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
  18 Oktyabr 2024    Oxunub:276
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Bakıda "Qərargah danışıqları" keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında güclənən əlaqələrin hərb sahəsinə də müsbət təsirinin olduğu qeyd edilib. Cari dövrdə həm regional, həm də beynəlxalq təhlükəsizliyin önəmindən danışan tərəflər dünyada sülhün təmin olunması üçün birgə çalışmağın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan və İtaliyanın hərb sahəsində qurulan əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Hərbi-texniki, hərbi təhsil sahələri üzrə əməkdaşlıq fəaliyyətləri təhlil olunub. Görüşün sonunda protokollar imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti