Gəncədə qanunsuz tikililər sökülüb - VİDEO

Gəncədə qanunsuz tikililər sökülüb -    VİDEO
  18 Oktyabr 2024    Oxunub:302
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Savalan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.



AzVision.az


Teqlər:





Xəbər lenti