“Qarabağ” – “Ayaks” oyununa 20 minə yaxın bilet satılıb

“Qarabağ” – “Ayaks” oyununa 20 minə yaxın bilet satılıb
  18 Oktyabr 2024    Oxunub:289
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.
Klubdan AzVision.az -a verilən məlumata görə, artıq matça 18 500 bilet satılıb. Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti