11 ayda 6,5 milyard vergi yığılıb

11 ayda 6,5 milyard vergi yığılıb
  15 Dekabr 2015    Oxunub:1626
Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək.
Bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib. Onun sözlərinə görə, 11 ayın nəticələrinə əsasən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub ki, bu da proqnoza uyğun gəlir. O, qeyd edib ki, hesabat dövründə daxilolmalarda qeyri-neft sektorunun payı 70% təşkil edib.

Azərbaycanda bank sektorunun vergi ödənişləri artıb deyən nazir müavini bildirib ki, ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkədə bank sektorunun vergi ödənişləri 35% artıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti