SOCAR 5 milyon dollar borc alıb

 SOCAR 5 milyon dollar borc alıb
  16 Dekabr 2015    Oxunub:1866
SOCAR-ın Rumıniyada fəaliyyət göstərən törəmə şirkəti "SOCAR Petroleum SA" Niderland Krallığının "İNG Bank"ından 5 milyon ABŞ dolları həcmində kredit cəlb edib.
Bu barədə "İnterfax" agentliyi yazır.

Bildirilir ki, "SOCAR Petroleum SA" noyabrda bununla bağlı qərar qəbul edib.

Məlumatda həmçinin qeyd edilir ki, kreditin məbləği lazım olduğu halda 10 mln. dollara qədər artırıla bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti