`Mərkəzi Bank üzən məzənnəyə çoxdan keçməli idi` - Deputat
İqtisadçı deputatın sözlərinə görə, manat gec-tez öz dəyərini almalıdır.
Mərkəzi Bankın bundan sonra manatın məzənnəsinin saxlanması üçün xərclədiyi vəsaitin azalmasına gəlincə, V.Əhmədov bildirib ki, bunu qəti şəkildə demək olmaz.
“Mərkəzi Bank çoxdan üzən məzənnəyə keçməli idi. Hər gün manatın məzənnəsinin saxlanması üçün vəsait xərcləyirdilər. Bu, uzun müddət gedə bilməzdi. Mərkəzi Bankın 15 milyardlıq ehtiyatı 5.5 milyarda düşüb. Manat bazar qiymətini almalıdır”.
Millət vəkili qeyd edib ki, bütün bunlar neftin dünya bazarındakı qiymətindən asılı olaraq tənzimlənəcək: “Azalmalar davam edəcəksə, bu, yaxşı heç nə vəd etməyəcək”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişib 1,5500 manat (17 dekabr - 1,0499) təşkil edib.
Anar Kəlbiyev